
SAPLAQis. Yarpağı, gülü, meyvəni budaqla birləşdirən nazik bərk hissəcik; bəndəm. Gülün saplağı. Almanın saplağı. - Sultan əlini soyuq kola uzadaraq dırnaqları ilə bənövşənin nazik saplağını kəsir. Ə.Sadıq.
□□ Boğazı (boynu) armud saplağına dönmək, boğazı armud saplağı kimi nazikləşmək (nazilmək) - son dərəcə arıqlamaq. Rüstəm bəy gülümsündü: - Onun üçün ikisinin də boynu armud saplağına dönüb də. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. [Çimnaz arvad:] ..O qədər arıqlamısan ki, boğazın uzanıb armud saplağına dönübdür. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|