
SAPLIsif. Sapı, dəstəsi olan. Qara saplı bıçaq. Saplı bel. - Paşa bəy gümüş saplı qamçısını çəkməsinin burnuna vura-vura soruşurdu. Ə.Vəliyev. ..Uzun saplı qəlyanını tüstülədə-tüstülədə qulaq asan Nəcəfalı kişi boğazını arıtlayıb içəri girdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|