
SAQINMAQf . Çəkinmək, qorunmaq, özünü saxlamaq. içkidən saqınmaq. - Saqın, ağuludur, tök bu hərifin şərbətin, getsin. Q.Təbrizi. Könlümün şişəsi, saqın ki, sınar; Toxunursa ayna daşa, dayanmaz. Aşıq Ələsgər. [Xacə Nizam:] Saqın, aldırma ki, kor olsa cahan; Günəşin nuruna gəlməz nöqsan. H.Cavid.
Paylaşın - Hamı bilsin
|