
SARALTMAQf Saralmasına səbəb olmaq, soldurmaq. Dərd-qəm qızı saraltdı. Azar uşağı saraltdı. - Gecə keçdi qaraldan; Seçilmirsən maraldan; Nə dərdim var, nə qəmim; Sənsən məni saraldan. (Bayatı). [Şərəf xanım:] Görürəm, qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən. S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|