İzahlı lüğət

SARI1

1. sif Narıncı rənglə yaşıl arasında olan (rəng), limon rəngi, qızıl rəngi. Kiçik süfrənin qırağında qoyulmuş sarı samovar buğlana-buğlana zümzümə edirdi. S.Qədirzadə. // sif. Bu rəngdə olan. Sarı çit. Sarı parça. Sarı saç. Sarı kəhrəba. - Döyülən sarı köynəkli gənc bir qadın idi. S.Hüseyn. // İs. mənasında. Sarıları ağlardan ayırmaq.
Müxtəlif mürəkkəb sözlərin və ya terminlərin birinci tərkib hissəsi; məs.: sarı zanbaq, sarı qızılgül, sarı acıotu, sarı bıtraq və s.
Göy və sarı gilabı ilə baş yuyardılar. H.Sarabski.
is. dan. Qızıl mənasında. Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz! S.Rəhimov. [Danışanlardan biri:] Sarı yaman şeydir. Kökü kəsilsin yer üzündən sarı qızılın. Mir Cəlal.
□□ Sarı ev köhn. - ruhi xəstələr üçün xəstəxana. ...sarı yağ kimi yayılmaq (ürəyinə, canına, bədəninə sözləri ilə) - çox xoşuna gəlmək, çox ləzzət vermək, çox məmnun olmaq. Bu söz ürəyimə sarı yağ kimi yayıldı. - isti adamın bədəninə sarı yağ kimi yayılırdı. Ə.Vəliyev. Sarı simə vurmaq, sarı simdə çatdırmaq - bir sözü, işi, mətləbi çox incə bir yolla çatdırmaq, nazikanə demək. Əlikram Sənubərin memarlıqdan çox yer fizikası ilə məşğul olduğunu sarı simlərdə [Hidayətə] çatdırır. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed