İzahlı lüğət

SARIMAQ

f . 1. Bir şeyin üzərinə dolamaq. Yumaq sarımaq. - O əllər.. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub, ağaca dönmüşdü. Ə.Əbülhəsən.
İp və s. ilə üstündən, hər tərəfdən dövrələmə bağlamaq. Qutuları sarımaq. Kitabları sarımaq. // İp və s. ilə başqa bir şeyi üzərinə bağlayaraq bənd etmək. [Koroğlunu] sonra bir-iki kəndirlə də sarıdılar ata. “Koroğlu” . [Qədiri] dirəyə sarıdılar. Mir Cəlal. // Sarğı dolamaq, sarğı ilə bağlamaq. Ayağını sarımaq. Başını sarımaq. - Sınıqçı, Məşədi Əsgərdən üç manat alıb qolunu sarıdı. S.M.Qənizadə. Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar.. İ.Hüseynov.
məc. Bürümək, tutmaq, qaplamaq, çulğamaq. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sarıdı. Şaiq.
məc. Ələ salmaq, dolamaq, araya qoymaq. Bir başqa tələbə Əsədi sarımaq istədi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAC

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed