
SARINMAQf 1. Bürünmək, örtünmək. Çadraya sarınmaq. Örpəyə sarınmaq. - Mənim kimi bir sirdaşın yanında; Qayım-qayım sarınmağın nədəndir? M.P.Vaqif. Molla abasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. A.Şaiq. Sarğı ilə bağlanmaq. [Roza:] Əllərimlə sarınarsa bir yara; Zəhərli də olsa, çapuq sağalar. H.Nəzərli.
İp, qayış və s. ilə başqa bir şeyin üzərini bərk-bərk bağlayıb bənd edilmək. Çarpayıya sarındığım üçün dikələ bilmədim. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|