
SARMAŞMAQf . 1. Bir şeyin ətrafına dolanmaq, sarılmaq. Eləmi tikan gülə; Sarmaşıb tikan gülə; Fələk də göz dikibmiş; Mən gözüm dikən gülə. (Bayatı). Dəmirov Əlisanın yay otağını gözdən keçirib: - Doğrudan da gözəldir, - dedi, - sarmaşıqlar qəribə sarmaşıbdır. S.Rəhimov.
Qucaqlaşmaq, bir-birinə sarılmaq. Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə. Ana ilə bala bir-birinə sarmaşdılar. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|