
SARSILMAZsif. Möhkəm, mətin, səbatlı, dayanıqlı, dəyişməz, dağılmaz, pozulmaz. Qətibə.. Nizaminin qadın gözəlliyi qarşısında sarsılmaz olduğunu bir neçə kərə sınaq etmişdi. M.S.Ordubadi. Paxır götürməyən düzlük, açıqlıq; Sarsılmaz qalamdır, yuvamdır mənim! X.Rza.
Paylaşın - Hamı bilsin
|