
SARSINTIis. 1. Bərk zərbə nəticəsində tərpənmə, lərzəyə gəlmə, yerindən oynama; titrəyiş, zəlzələ. Yer sarsıntısı (zəlzələ).
..Möhkəm bünövrəsi olan bir binanı hansı sarsıntı uçura bilər? S.Rəhimov. məc. Həyəcan. Deyirsən, dərd oldu bizə eşqimiz; Sarsıntı, üzüntü yetməzmi artıq? Vahabzadə. məc. Ağır ruhi əzab, həyəcan, müsibət. Böyük sarsıntıya düçar olmaq. - Qaraş ruhi sarsıntı içərisində oturub fikrə getmişdi. M.İbrahimov. Muxtara getdikcə daha artıq sarsıntı üz verirdi. B.Bayramov. Paylaşın - Hamı bilsin
|