İzahlı lüğət

SARSITMAQ

f . 1. Lərzəyə salmaq, titrətmək, yerindən oynatmaq, laxlatmaq, dağıtmaq, pozmaq, alt-üst etmək. Zəlzələ bir çox binanı sarsıtdı. - Böyük bir gurultu ətrafı sarsıtdı. M.İbrahimov.
məc. Dəhşətə gətirmək, lərzəyə salmaq. Faşizmin gözünə sancdınız bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. R.Rza.
məc. Müvazinətini pozmaq; bərk həyəcanlandırmaq. Başqa mühit, başqa vəziyyət meyli [Rozanın] dəruni aləmini sarsıtmışdı. Çəmənzəminli. Arvadının ölümü Haşım kişini bərk sarsıtmışdır. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SON

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed