İzahlı lüğət

SATAŞMAQ

f 1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək. [Murad bəy:] Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir, aş qazanını aparmışdır. T.Ş.Simurq. [Gülzar:] Onların ağzı nədi sənə sataşırlar, birçəklərini bircə-bircə yolaram. İ.Hüseynov. // Zarafat məqsədilə söz atmaq, sürtüşmək, pərt etmək. Dilbərin rəfiqəsi yenə də oğlana sataşmaq istədi: - Kişi Fərhaddır, Fərhad! Görmürsən? Ə.Sadıq.
Namusuna toxunmaq. [Qarı:] O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. Çəmənzəminli. [Əliyar Toğrula:] [Yaşar] suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvaduşağımıza da sataşır. C.Cabbarlı.
Toxunmaq. [Həsənin] barmaqları zurnaya sataşcaq, əlinə alıb bir segah çaldı. Talıblı.
□□ Gözü sataşmaq - bax göz. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed