
SATICIis. Hər hansı bir şey, mal satan adam. Bazar satıcılarla dolu idi. - Qonşum bazardakı satıcıları adbaad tanıyırdı. S.Rüstəm. // Ticarət müəssisələrində, mağazalarda, dükanlarda və s.-də işləyən, alıcılara mal satan işçi. Universamın satıcıları. - Çadırmağazanın qabağına toplaşıb deyişən arvadların səsi satıcını təngə gətirdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|