İzahlı lüğət

SATIN

satın almaq - 1) pulla almaq. Taxılı çəki ilə satın almaq. - Əlbəttə, müftə mal harada idi, pul ilə satın alaq. M.F.Axundzadə; 2) məc. pulla, rüşvətlə əldə etmək, öz tərəfinə çəkmək, öz iradəsinə tabe etmək. [Gültəkin Dövlət bəyə:] Siz məni pulla satın almaq istəyirsiniz? C.Cabbarlı. [Restoran şefi] skripkaçıya böyük ehtiyacı olduğundan [Məzlumu] komendantdan satın aldı. S.Vəliyev; 3) bir sıra isimlərdən sonra gələrək müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: cənnəti satın almaq, davanı satın almaq.
□□ Elə bil satın alıb - bir şeyi həddindən artıq əzizləyən, qoruyan, ondan əl çəkmək istəməyən, onu özününkü hesab edən adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed