
SATINALMAsif. Pulla alınmış, əvəzində pul verilmiş.
□□ Satınalma qul (kimi) köhn. - itaətkar, hüquqsuz, müti adam haqqında. [Rəhim:] Məgər, Leyla xanım, görməyirsən, mən gecəgündüz xanın qabağında satınalma qul kimi əlibağlı durmuşam?.. N.Vəzirov. [Yusifəli:] Cənab Yavər, mən sənin satınalma qulunam. P.Makulu. Paylaşın - Hamı bilsin
|