
SATQINsif. Özünü, öz əqidəsini, məsləkini, heysiyyətini pula satan; şərəfsiz, alçaq, rəzil, xain, namərd. Bəndalı Mərəzədə satqın bir qarının evində necə gecələməli olduğunu anasına danışdı. Mir Cəlal. [Aslan Məzluma:] Hələlik öz işindir. Ancaq sonralar belə satqın başın qiyməti ucuz olacaqdır. S.Vəliyev. // İs. mənasında. [Nüşabə:] Satqını sürüyün cıdır düzünə; Hər görən tüpürsün murdar üzünə.. A.Şaiq. Niyə qara yaxır bu satqın bizə? B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|