İzahlı lüğət

SAVAB

is. [ər.] İslam dininə görə pis deyil, yaxşı iş görmə (günah əksi). Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev. [Gülnaz:] Vay bizim halımıza ki, dünyada bir savab qazanmadıq. T.Ş.Simurq. // Canlı dildə, ümumiyyətlə, yaxşı, xeyirli, xeyirxah iş mənasında işlənir. 0 Savab etmək (eləmək, qazanmaq) - dini baxımdan yaxşı, xeyirli bir iş görmək;
ümumiyyətlə, yaxşı, xeyirli bir iş görmək. Heyran göz yaşı ilə sənə yazdı dərdini; Yazsan cavabını, edəcəksən böyük savab. Heyran xanım. [Nəcəfalı:] Gərək elə iş görəsən ki, el savabı qazanasan, bala! B.Bayramov. Savab yiyəsi olmaq - bax savab etmək (görmək, qazanmaq). [Sultan bəy:] Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Ü.Hacıbəyov. Savaba batmaq - bax savab etmək (eləmək, qazanmaq). [Ağafan:] Mirzə, savaba batdınız. Hacı kirə verməmək üçün bəhanə axtarırdı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed