
SAVADSIZLIQis. 1. Savadsız olma, yazıboxumağı bacarmama; avamlıq, cəhalət. [Mehribanın] nöqsanı yalnız savadsızlığı idi. S.Hüseyn. “Kəşkül” də “Əkinçi” kimi savadsızlıq və cəhalət əleyhinə çıxaraq, elm və mədəniyyətin yayılması uğrunda çarpışırdı. M.ibrahimov. Özünün iqrar etdiyinə görə tay-tuşları gecə kurslarında da olsa, oxuyub savadsızlıqlarını ləğv etdilər. Ə.Vəliyev.
məc. Bacarıqsızlıq, qabiliyyətsizlik, biliksizlik, naşılıq. Paylaşın - Hamı bilsin
|