
SAVAŞis. 1. Müharibə, döyüş, vuruşma, dava. Uzun sürdü qanlı savaş, xalqı ağır günlər aldı. A.Şaiq. Ən qanlı savaşlarda qorxu bilməyən... Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə. Söyüşmə, dalaşma, dava-dalaş. Yaz gününün yağışı - ər-arvadın savaşı. (Ata. sözü). [Gülşən:] Biz söz dedik, savaş demədik ki. O ki qaldı hazırlığa, hər işimiz yerindədir. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|