
SAXTALIQis. 1. Saxta şeyin halı; qəlblik. Sənədin saxtalığı bilindi.
məc. Sünilik, riyakarlıq, ikiüzlülük, qeyrisəmimilik; saxta hərəkət. Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi. [Züleyxa] ..saxtalıq nə olduğunu bilmirdi. M.İbrahimov. // Yalan, hiylə, kələk. Paylaşın - Hamı bilsin
|