İzahlı lüğət

SAY1

is. 1. Ədəd, rəqəm. Sayı yadda saxlamaq. Sayı öyrənmək.
Miqdar, kəmiyyət. [Həsən ağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər, yanıma gəlsinlər, bir söhbət edək. Ə.Haqverdiyev. □ Saya gəlməmək - sayı çox olmaq, miqdarı, kəmiyyəti bilinməmək. Dənizə bax, dənizə, saya gəlməz buruqlar; Suların altında da neft var, qara qızıl var. S.Rüstəm. Dedi: - Bahar əyyamıdır; Sevinclərim gəlməz saya. N.Rəfıbəyli. ...sayı yoxdur, ...sayı-hesabı yoxdur - saysızdır, çoxdur. Qarışqanın sayı var idi, qoşunun sayı yoxdur. “Koroğlu” . [Hacı Murad:] Qapısında nökər-qulluqçunun sayı-hesabı yoxdur. S.S.Axundov.
məc. Sayılan, seçilən, hörmətli. Sən ulduzsan, mən ayam; Say quşlardan mən sayam; Məcnun kimi gəzərəm; Leyli müştağındayam. (Bayatı).
□□ Saya almamaq - bax saymaq 4-cü mənada. Amansız ölümü almayıb saya; Çıxdım qarşısına qara yellərin. S.Rüstəm. Yenidən girməkçin qızğın davaya; Onlar çətinliyi almayır saya. M.Rahim. Saya salmamaq bax saya almamaq. Dünyanı saya salmayırdı dəli şair; Dərin-dərin düşünərkən həyata dair. S.Vurğun. [Xuduş:] Bu boyda adamları da saya salmırlar. I.Əfəndiyev. Saya-sana salmaq - bax saymaq 3-cü mənada. Heyf ki, Musa dayının Təzə şəhər uşaqlarını saya-sana salmağı uzun çəkmədi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed