
SAYAsif. 1. Bir rəngdə olan, birrəngli. Saya parça. Saya gülməxmər. // Bu parçadan tikilmiş. Saya paltar. Saya kofta. // Naxışsız, gülsüz. Saya ləçək. Saya şal. - [Rüstəm] sətin köynəyi büzməli tumanın içinə salıb, üstündən göy saya jaket geymiş Tellini acıqlıacıqlı süzdü. M.Ibrahimov.
Mürəkkəb olmayan, sadə. Saya naxış. Saya ilgək vurmaq. Sadə. Saya adam. Paylaşın - Hamı bilsin
|