İzahlı lüğət

SAYAQ1

zərf Bənzərlik bildirir: cür, kimi, tərzdə, vəziyyətdə, qaydada. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq birfitəyə büküb qoydu səkiyə. Çəmənzəminli. [Nəcminin] on dörd yaşlı ikinci oğlu Şirin hələ bu yaşdan karikatura sayaq şəkillər çəkirdi. Ə.Əbülhəsən. □ Ayrı (özgə) sayaq - başqa cür, ayrı cür. Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət. Məşədibəyin və atalarının hər dəqiqə halını-əhvalını soruşduğu bu qonaq, deyəsən, ayrı sayaq adamdı. M.Hüseyn. Bir sayaq - birtəhər, bir cür, bir növlə. Bunların hamısına [müxtəlif ağır işlərə] yenə bir sayaq tab gətirmək olar, bunlar demək olar ki, dərdin yarısıdır. F.Köçərli. Bu sayaq - bu cür, bu təhər, bu qayda ilə. [Əsgər:] Yox, mən bu sayaq evlənmək istəmirəm. Ü.Hacıbəyov. iyirmi beş il bu sayaq bənnəlikdə çalışıb da, [Kərbəlayı Əzim] ad qazana bilmişdi. T.Ş.Simurq. Qabaqkı (əvvəlki, köhnə) sayaq - əvvəllərdə (qabaqlarda, keçmişdə) olduğu kimi, keçmiş kimi. ..Həkim [Molla Abbasın da] üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən “pıqq” eləyib göyə tullanır.. C.Məmmədquluzadə. Hər tərəfdə durur işlər elə əvvəlki sayaq. Ə.Nəzmi. Nə sayaq - necə, nə cür, nə təhər. Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür. F.Köçərli. indi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SET

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed