
SAYAQLAMAQbax sayıqlamaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlayırdı. Ə.Haqverdiyev. Xəstə sayaqlayır, hərarət içində çırpınıb dururdu. M.İbrahimov. [Hümmət Həmzəyə:] Sən də ağsaqqal əmin oğlu kimi görək nə sayaqlayacaqsan. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|