İzahlı lüğət

SAYƏ

is. [fars.] 1. Kölgə. Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. Q.Zakir. [Dərviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm..
Divanbəyoğlu. □ Sayə salmaq - kölgə salmaq, kölgələmək. Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.
məc. Himayə, mühafizə, qoruma. [Pərvizxan:] Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. M.S.Ordubadi. □ Sayə salmaq - himayə etmək, mühafizə etmək, kömək etmək, himayəsi altına almaq. Şahlar şahı sayə salsın üstümə; Ələsgərtək bəxtiqara dolansın. Aşıq Ələsgər. Sayəsində şəklində - “nəticəsində” , “səbəbilə” , “köməyilə” mənalarında. Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar... F.Köçərli.
□□ Bu (o) sayədə - bunun (onun) nəticəsində, səbəbilə, üzündən. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SET

SOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed