SAYĞACis. 1. Bir şeyi hesablamaq üçün xüsusi quruluşlu cihaz, alət. Elektrik (qaz) sayğacı (işlənən elektrikin, suyun, qazın miqdarını hesablayan cihaz). Taksi sayğacı (taksilərdə gedilmiş yolun məsafəsini və haqqını göstərən cihaz).
Dördkünc çərçivədə köndələn millərə keçirilmiş yuvarlaq sümükcüklərdən ibarət sadə riyazi hesablamalar aparmaq üçün alət, çötkə. [Mədəd:] Mən isə idarədə oturub sayğac danələrinin səsinə qulaq asmazdım. Ə.Vəliyev. [Şahmar] o biri otaqda sayğacını aram-aram şaqqıldadan hesabdarın yanına keçdi. B.Bayramov. Paylaşın - Hamı bilsin
|