İzahlı lüğət

SAYMAQ

f . 1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. Yüzə qədər saymaq. Salman ona qədər saydı. S.Rəhimov. [Yusif Hümmətə:] Barmağınla sayırsan ki, filanıfilanı doldurmuşuq, yaxşı eləmisiniz. B.Bayramov. // Miqdarını bilmək üçün hesablamaq. Günləri saymaq. - Koroğlu da başladı pulu saymağa. “Koroğlu” . ..Bir qoca rus arvadı pullarını sayırdı. Ə.Haqverdiyev. [Şahin Firəngizə:] Onu demək istəyirəm ki, çox oxumuşam, hamısını bəlkə də saya bilmərəm. B.Bayramov.
Bir-bir adlarını çəkmək, eyni cinsdən olan şeyləri adbaad sıra ilə demək; sadalamaq. Kitabları saymaq. Uşaqları saymaq. Sinədə yarələrim saydı, dedi, min cərrah; Səhv edib, hələ bu mindən birinin sayı deyil. S.Ə.Şirvani. ..Saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. C.Məmmədquluzadə.
məc. Ehtiram etmək, hörmətini saxlamaq, hörmət etmək; hesablaşmaq. Sayanın quluyam, say mayanın ağası. (Ata. sözü). Əsgər indi səni sayacaq. Ə.Əbülhəsən. Quliyev bu adamların onu bir o qədər də saymadıqlarını başa düşürdü. Ə.Sadıq.
Ehtiyat etmək, çəkinmək. [Nəbi:] Qubernat, naçalnik gəlsə, saymaram; Düşmənin qanından içsəm, doymaram. “Qaçaq Nəbi” .
məc. Bilmək, hesab etmək. [Hacı Qara:] Mənim sözlərimi zarafat sayırsınız? M.F.Axundzadə. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Mir Cəlal. Samirə mənim bu arzumu adi zarafatlarımdan biri sayırdı. M.Hüseyn.
□□ Saymaqla bitməz (qurtarmaz) - həddindən çoxdur, sayı-hesabı yoxdur. Saymaq ilə bitən deyil göstərdiyin hünərlər; Bülbül deyir bağçalarda dastanını hər səhər. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed