İzahlı lüğət

SAYRIŞMAQ

f 1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq. Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı. F.Köçərli. Gecə idi, göydə ulduzlar sayrışırdı. S.Rəhman. Bir-birinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov. // məc. Bəlirmək, görünmək. Ana! Bayaq gördüm Mehribanıtək; Üzündə sayrışır xalları tək-tək. S.Vurğun. Sənin gözlərinmi gənclik çağında; Yoxsa nərgizlərin sayrışıb oynar? M.Müşfıq. Payızın sonu olduğuna baxmayaraq, evlərin qarşılarındakı bağçalarda al-əlvan güllər, çiçəklər sayrışırdı. M.Rzaquluzadə.
2. Qaçışmaq mənasında. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışar yollara doğru. “Qurbani” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed