
SAZANDAis. [fars.] köhn. Çalğıçı. Xan uşaqları Keçiliyə həm ova, həm də kefə gəldiklərindən yanlarınca qrammofon, xanəndə, sazəndə və bolluca araq-çaxır gətirmişdilər. Sultanov. Bir az da sazəndə, zurnaçı çalsın; Ruhunuz burada ləzzət də alsın. H.K.Sanılı. Xanəndə və sazəndələr isə çalğı taqımını buraxıb bir tərəfə gedərlər. H.Cavid.
Paylaşın - Hamı bilsin
|