
SAZAQLIsif. Kəskin küləyi, sazağı, soyuğu olan; şaxtalı. Sazaqlı hava. - Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Çəmənzəminli. Quru sazaqlı bir gündə Novruz yaş əlcəklərini topun qızmış lüləsi üstündə qurudurdu. R.Rza. Səhər tezdən sazaqlı qış gününün yenicə gözünü açdığı dəqiqələrdən [Ağabala] gəlib laboratoriya qabağında [Reyhanı] gözlədi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|