İzahlı lüğət

SAZLAMAQ

f Saz hala salmaq, düzəltmək, təmir edib işləmək üçün hazır hala salmaq. Maşınları sazlamaq. // Hazır vəziyyətə gətirmək. Nəbi [Məmmədəli bəyi] vurmaq istəmirsə də, amma yenə keçmişi yadına salıb aynalını sazlayır. “Qaçaq Nəbi” . Tez aç qatarını, sazla tüfəngi; Başlayaq könlümüz sevdiyi cəngi. H.K.Sanılı. // Qaydaya salmaq, sahmana salmaq, hazırlamaq, qayırmaq. [Hacı Həsən:] Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. C.Məmmədquluzadə. [Arvad:] Hovuzun başında, kölgədə xalça salaram, samovarı sazlayıb qoyaram hovuzun başına, yaxşı çay dəmlərəm. E.Sultanov. O, maxorka papiros sazladı, səngərin rütubətli divarına söykənərək .. papirosunu dumanlatmağa başladı. H.Nəzərli. // Təşkil etmək, düzəltmək. O vaxt mən görürdüm ki, bu on səkkiz manat qəzetə üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed