İzahlı lüğət

SƏADƏT

is. [ər.] 1. Həyatda ən yüksək məmnunluq hissi; bir şəxsin hər hansı bir şeydən duyduğu dərin məmnunluq və sevinc hissi; xoşbəxtlik. [Murad] özünün səadət və istirahətini yalnız Nigarla bərabər yaşamaqda görürdü. S.Hüseyn. Şair anam Azərbaycan, sən vüqarımsan; Nəğməmsən, şerimsən, şeriyyətimsən; Sən mənim dünənki yaralarımsan; Sən mənim bugünkü səadətimsən! Ə.Kürçaylı. Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. I.Əfəndiyev.
məc. Obrazlı təşbehlərdə, məs.: səadət yolu, səadət qapıları, səadət məşəli, səadət nuru və s. - [Zəhra:] Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. M.Rahim. Səadət qapıları [Zərqələmin] üzünə açılırdı. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed