
SƏBİRSİZLƏNMƏKf. Özünü saxlaya bilməyib haldan çıxmaq, səbirsizlik göstərmək, səbirsiz olmaq, hövsələdən çıxmaq. Gündə bir dəfə qəzet idarəsinə baş çəkən Müsyö Qamel çox səbirsizlənirdi. Qantəmir. Bu fikirlə qarı oğlunu dinləyir, tez-tez ərinə baxaraq onun sözə başlaması üçün səbirsizlənirdi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|