
SƏBİRSİZLİKis. 1. Səbri olmama, səbir edə bilməmə, bir yerdə aram tapa bilməmə, hövsələsizlik, qərarsızlıq. Oğul, səbirsizlik adama həmişə ziyan verər. “Koroğlu” .
Daxili həyəcan və iztirab, narahatlıq. Bütün günü səbirsizlik içində olmaq. Səbirsizliklə şəklində zərf - təlaşla, həyəcanla, təlaş və həyəcan içində. Nadir isə başını aşağı dikib diqqətlə dinləyirdi və böyük səbirsizliklə bu söhbətin sonunu gözləyirdi. B.Talıblı. Dəmirqaya ön sırada oturub səbirsizliklə məhkəmənin başlanmasını gözləyirdi. H.Nəzərli. Aslan səbirsizliklə [Lazarın] sözünü kəsib, incimiş halda dedi. S.Vəliyev. Paylaşın - Hamı bilsin
|