
SƏBTis. [ər.]: səbt etmək - qeyd etmək, yazmaq. Od tutar kağızlar, alışar qələm; Səbt etsələr hər tumara dərdimi. Q.Zakir. Zəbaniərzi-halə cürətim yoxdur, deyim, axır; Bu üzdən səbt edib dərdi-dilim tumarə, göndərdim. S.Ə.Şirvani. Səbt olunmaq - qeyd edilmək, yazılmaq. Çox şairlərin əşarı [Mirzə Səfərin] sinə dəftərində səbt olunmuşdu. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|