
SƏCCADƏis. [ər.] din. Mömin müsəlmanların namaz qılanda istifadə etdikləri kiçik xalça və ya parçadan tikilmiş döşənək; canamaz. Bununla bərabər hacı dayım o qədər mömin və o qədər namaz qılan idi ki, səhərdən axşamadək səccadə qabağında namaz qılardı. C.Məmmədquluzadə. Hacının dəstəmaz suyu hələ qurumamışdı ki, səccadəni [sərib] müqəddəs əqidə ilə namaza şüru etdi. Çəmənzəminli. Bütün varım-yoxum bir əba, bir səccadə, bir kəşkül və bir də nacaqdan (təbərzindən) ibarətdir. N.Vəzirov.
Paylaşın - Hamı bilsin
|