İzahlı lüğət

SƏCDƏ

is. [ər.] din. Namazda almı möhürə söykəyib, Quranın bəzi ayələrini oxuyarkən alnını ona söykəyib dua oxuma. Məhəmmədhəsən əmi səbir eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. C.Məmmədquluzadə. □ Səcdə etmək (qılmaq) - qabağında baş əymək, təzim etmək. Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. Qəmgin idim, sizi görüb gülərəm; Qiblədir qaşların, səcdə qılaram. Aşıq Ələsgər. [Hüseyn:] Nə zaman, harada əmr etsəniz, önünüzdə səcdə etməyə hazıram. S.Rəhman. Səcdəyə düşmək (getmək) - bax səcdə etmək. Düşüb səcdəyə cümlə ixlas ilə; Niyaz etdilər niyyəti-xas ilə. M.Ə.Sabir. [Murad bəy] ..damağında papiros çöl balkona çıxanda camaat səcdəyə gedərdi. Qantəmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed