
SEÇİLMƏKməch. 1. Səsvermə nəticəsində üstünlük almaq. İclasa sədr seçilmək.
Hər hansı xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, ayrılmaq. Qız ala gözləri ilə rəfiqələrindən seçilirdi. - Kamran bu barədə bizim hamımızdan seçilirdi. M.Hüseyn. Nəzərə çarpmaq, görünmək. Kəndin evləri ağaclar içində güclə seçilirdi. H.Seyidbəyli. Paylaşın - Hamı bilsin
|