İzahlı lüğət

SEÇMƏK

f 1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək. Zövqünə görə parça seçmək. Qız seçmək. - Qızılgülü biçmişəm; Üstündə and içmişəm; Min gözəlin içindən; Bircə səni seçmişəm. (Bayatı). [Cahan:] Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. U.Hacıbəyov.
Müəyyən bir şeyə, sənətə, işə və s.-yə daha çox maraq göstərmək, onu daha üstün tutmaq, üstünlük vermək. Mühəndis sənətini seçmək. Müəllimliyi seçmək. Yaxşını pisdən ayırd edə bilmək. Mey tökərdin, içərdik; Xeyri, şəri seçərdik; Bir əkər, bir biçərdik; Biz qardaş deyilmiyik? Ə.Cavad. [Balaxanım Dadaşı hədələdi:] Bu iki gözün o qazamatın bir dar deşiyindən işıldayanda baxarsan, adamı seçərsən, tanıyarsan. S.Rəhimov.
Müəyyən vəzifəni, tapşırığı yerinə yetirmək üçün səsvermə yolu ilə bir və ya bir neçə şəxsə üstünlük vermək. Prezidium seçmək. İclasa sədr seçmək. Qurultaya nümayəndələr seçmək. - [Tələbə:] Məni ictimaiyyət dərnəyinə sədr seçdilər. Qantəmir.
Müəyyən bir işi yerinə yetirmək üçün gün, vaxt, saat ayırmaq, təyin etmək. Müzakirə üçün şənbə gününü seçdilər. Seminar üçün həftənin birinci gününü seçdilər.
Müəyyənləşdirmək, təyin etmək, ayırd etmək, bir-birindən ayırmaq. Açılan güllələrin haradan, kimə atıldığını seçmək də çətin idi. Mir Cəlal. [Vahid:] Lakin [anamın] oxuması ilə ağlamasını seçmək çətin idi. B.Bayramov.
məc. Görə bilmək, görüb fərqləndirmək. Uzağı seçmək. Yazını seçə bilmədim. - Diqqət ilə baxıb tələni seçdi; Yavuğa düşməyib uzaqdan keçdi. Q.Zakir.
□□ Gözü seçməmək - bax göz. [Mozalan bəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. Maya kitabı aldı, lakin oturduğu yerdə işıq az olduğundan gözü hərfləri seçmədi. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SET

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed