İzahlı lüğət

SƏDA

is. [ər. ] Səs, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi. - Quşlar.. cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi.. Ə.Məmmədxanlı. □ Səda düşmək - səs düşmək, yayılmaq. Hər yana səda düşür; igidlər gəlir məclisə. Aşıq Ələsgər. Qar əriyir, çaylar daşır; Dağa-daşa düşür səda. B.Vahabzadə. Səda etmək - səsləmək, çağırmaq. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, Xacə Mübarəki qaim sövt ilə səda etdi. M.F.Axundzadə. Səda salmaq - 1) səs salmaq, gurultu qopartmaq, hay-küy qopartmaq. Göyün dağlara səda salan dəhşətli şaqqıltısı .. bir qızı yox, bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Deyirlər, qəlbində bir vulkan gömülü; Şir kimi nərə çək, səda sal cahana! M.Müşfiq; 2) məc. məşhurlaşmaq, gurultu qoparmaq. Onun qüvvəsilə sənin dəmirin; Ölkəmizə səda salır, Daşkəsən! Aşıq Məsum.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed