
SƏDƏFLİsif Sədəflə bəzədilmiş, sədəfə tutulmuş. Sədəfli tar. Sədəfli mücrü. - [Rəsul:] Əlimə almışam sədəfli sazı; Fələk yazdı mənə belə bir yazı. “Aşıq Qərib” . Vətən sədasına düşən sənətkar; De, indi nə çalır sədəfli sazın? S.Vurğun.
Paylaşın - Hamı bilsin
|