
SƏDƏMƏis. [ər.] 1. Çarpma, vurma, şiddətlə vurma.
məc. Gözlənilmədən başa gələn bəla, müsibət, fəlakət, afət; insanın maddi və ya mənəvi halını sarsıdan hadisə; mənəvi zərbə. Fəqət, görürsünüz, bədən ruzgarın sədəmələrinə davam etməyir. N.Nərimanov. □ Sədəmə toxunmaq - fəlakətə məruz qalmaq, bəla üz vermək, zərər dəymək, zərbə dəymək. [Qəhrəman:] Balaca Sabirə heç bir şey olmasın. Ona bir sədəmə toxunmasın. S.Rəhimov. [Hacı Rəsul:] Başımdan on beş dava keçib, bu az ömrümdə on beş padşah dəyişib, amma heç mənə sədəməsi toxunmayıb. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|