
SƏDRLİKis. Sədr vəzifəsi, sədr olma. [Alxan:] Gəlin bu elmli oğlanlardan birini keçirdək sədrliyə. İ.Əfəndiyev. □ Sədrlik etmək - sədr vəzifəsini ifa etmək, sədr olmaq, başçılıq etmək. Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama “atama kömək edirəm” , - deyə həvəslə pambıq yığardı. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|