
SƏFEHLİKis. Ağıldankəmlik, giclik, axmaqlıq, sarsaqlıq. Səfehliyindən bəlaya düşmək. - [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev. // Səfeh hərəkət, səfeh iş. □ Səfehlik eləmək - səfeh iş tutmaq, qanmazlıq etmək, ağılsızlıq göstərmək. [Allahqulu:] Mən lap nahaqdan o acgöz hacının felinə uyub, səfehlik elədim. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|