
SƏHƏNGis. Su daşımaq üçün misdən və ya gildən qayrılmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Mis səhəng. Saxsı səhəng. - Su səhəngi suda sınar. (Məsəl). Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Məsəl). ..Əmim arvadı iri mis səhəngi çiynimə verib, səhərdən axşama qədər mənə ayaqyalın, başaçıq su daşıtdırardı. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|