
SƏHƏR-AXŞAMzərf Həm səhər, həm axşam; hər vaxt, hər zaman, bütün günü. Dənizkənarı park səhər-axşam adamlarla dolu olur. Qız anasına səhər-axşam baş çəkir. - Göyərçin hər səhər-axşam Araz sahilinə uçub, bir müddət o tayı seyr edir. M.Rzaquluzadə. Dəniz dalğalanar hər səhər-axşam; Qarı əridikcə uca zirvənin. N.Xəzri.
Paylaşın - Hamı bilsin
|