
SƏHLƏNKARsif. [ər. səhlən və fars. ...kar] Tapşırılan işə, vəzifəyə, tapşırığa laqeyd, soyuq baxan; diqqətsiz, qeydsiz, başısoyuq. Səhlənkar adam. - Qız-yetərin işi bilməsi və möhkəm durub səhlənkar traktorçu ilə sinə-sinəyə verməsi [Rüstəmin] xoşuna gəlmişdi. M.İbrahimov. // İs. mənasında. Əlbəttə, səhlənkarı məsuliyyətə almaq lazımdır. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|