İzahlı lüğət

SƏHNƏ

is. [ər.] 1. Teatr tamaşalarının göstərildiyi xüsusi meydança. Pərdə qalxdı, səhnə göründü. - Divanə gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir Şah Abbas və bir də Məstavər öz dükanında qalır. U.Hacıbəyov. Səhnəyə təzə bir pianino qoyulmuşdu. İ.Əfəndiyev. // Teatr fəaliyyəti, teatr. Səhnə ustaları. - Kələntərli keçən ildə.. artistkalardan üçünün xəstələnib uzun müddət səhnədən aralandığını, repertuar planının pozulduğunu söylədi. İ.Hüseynov. Natiq indi bütünlüklə səhnəyə bağlanmışdı. B.Bayramov. Teatr tamaşasının ayrıca bir hissəsi, ayrıca bir parçası; şəkil, məclis. Sonuncu səhnə daha maraqlıdır. - Əsər bədii cəhətdən nöqsansız deyildir. Müəyyən səhnələrdə əhvalat dramatizm və kəskin münaqişələrlə deyil, söhbət və təhkiyə yolu ilə verilir. M.Arif.
Pyesdə, ədəbi əsərdə, şəkildə təsvir olunan ayrıca epizod. Əsərdə dramatik səhnələr çoxdur. Romandan qəhrəmanın ölüm səhnəsini bir də oxumaq.
Həyatda təsadüf edilə bilən hadisə, epizod, əhvalat. Ölüm səhnəsi. Məhəbbət səhnəsi. - Bu qanlı səhnəyə heyran qalmayın; Mən öz gözlərimlə görürəm bunu. S.Vurğun. Alagöz öz daxili aləmi ilə bir cəzirə kimi yaşayan evdən qaçmış, həyatın faciəli səhnəsinə düşmüşdü. S.Rəhimov.
məc. Fəaliyyət sahəsi (əsasən tərkib halında işlənir; məs.: tarix səhnəsinə çıxmaq, səhnədən getmək və s.). [Pəri Bəhrama:] Özün məktəb görmüş cavansan, məhəbbət səhnəsində ülviyyət dolaşarmı? C.Cabbarlı. Bu plantasiya bir həyat səhnəsi idi. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAC

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed