
SƏHVis. [ər.] Yazıda, hesablamada, müəyyən məsələnin həllində, işdə və s.-də yanlışlıq; nöqsan, xata. İmla səhvi. Səhv hərəkət etmək. Səhv düşmək. - Demək, Nigar səhvini anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana bilməz. S.Hüseyn. Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı. Mir Cəlal. □ Səhv etmək (eləmək, buraxmaq) - xataya, nöqsana yol vermək, yanılmaq, düzgün hərəkət etməmək. Birinci dəfə səhv etmək. Səhv buraxdığına görə töhmət aldı. - Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən haman səhvi eləmə. C.Məmmədquluzadə. [Süleyman:] .. Vallahi, çox böyük səhv eləmişəm, gərək bu qızı mən alaydım... U.Hacıbəyov.
Paylaşın - Hamı bilsin
|