
SƏHVƏNzərf [ər.] Səhv olaraq, yanılaraq, anlaşılmazlıq üzündən, yanlış olaraq, özü anlamadan, başa düşmədən. Səhvən yol azmaq. Səhvən şeyləri yığmaq. Səhvən yada düşməmək. - Padşah, xəlifə ya zamanının ən böyük ruhanisi tərəqqi yolunu camaatın üzünə qəsdən, ya səhvən bağlayıbdır. N.Nərimanov. Hətta [Gileygüzarov] mənim adıma gələn məktubları “səhvən” açıb oxuyar, heç üzr də istəməz. S.Rüstəm.
Paylaşın - Hamı bilsin
|